Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədən idxal olunan 293 kq halva məhv edildi

Türkiyədən idxal olunan 293 kq halva məhv edildi

DÜNYA

315

02.02.2023, 16:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Çinar Company” MMC tərəfindən Türkiyədən idxal olunan “Ubk Karaağaç Gıda A.S” şirkətinə məxsus ümumi çəkisi 293 kiloqram halvaya keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkar olunub.
 

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

 

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

 

Miri Məcidli