Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna və Fransa hava hücumundan müdafiə sistemləri ilə bağlı memorandum imzalayıblar

Ukrayna və Fransa hava hücumundan müdafiə sistemləri ilə bağlı memorandum imzalayıblar

DÜNYA

342

02.02.2023, 15:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov və Fransanın müdafiə naziri Sebastien Lekornu Thales Group ilə Ukraynanın hava hücumundan müdafiəsi üçün GM 200 radar sistemlərinin tədarükünə dair memorandum imzalayıblar.

 

Oxu24.com xəbər  verir  ki, “Fransız həmkarım Sebastyan Lekornu ilə birlikdə Thales Group ilə Ukraynanın hava hücumundan müdafiəsi üçün MG-200 radarlarının tədarükünə dair memorandum imzaladıq.

 

Bu avadanlıq bizə düşmənin pilotsuz təyyarələrini və raketlərini, o cümlədən ballistikləri aşkar etməyə kömək edəcək. Səmamız Rusiyanın ölümcül hücumlarından qorunacaq”, - deyə  Reznikov görüşün yekunlarına dair sosial şəbəkədə yazıb.

 

Tərcümə: Miri Məcidli