Qaynar xətt:

(+99450) 247 90 86

İran hərbi obyektlərdə baş verən partlayışlarda günahkarın adını açıqlayıb

İran hərbi obyektlərdə baş verən partlayışlarda günahkarın adını açıqlayıb

DÜNYA

302

02.02.2023, 15:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsfahanda İran Müdafiə Nazirliyinin obyektinə hücumla bağlı ilkin araşdırma göstərib ki, hücuma görə məsuliyyət İsraildir.

 

Oxu24.com ISNA -ya istinadən  xəbər verir ki, bunu İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Amid Səid İrəvani deyib.

 

“İlkin araşdırmanın nəticələri göstərir ki, sionist rejim (İsrail nəzərdə tutulur) İsfahan şəhərində Müdafiə Nazirliyinin obyektinə edilən terror aktına görə məsuliyyət daşıyır, bu rejimin hərəkətləri beynəlxalq hüquqa ziddir və pislənir”, - deyə İrəvani çıxışında bildirib.

 

BMT baş katibinə və Təşkilatın Təhlükəsizlik Şurasının sədrinə məktub göndərilib.

 

Tərcümə: Miri Məcidli