Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna Amerikanın F-16-larını ala bilər

Ukrayna Amerikanın F-16-larını ala bilər

DÜNYA

318

02.02.2023, 15:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ hakimiyyəti üçüncü ölkələrə Amerika istehsalı olan F-16 qırıcılarını Ukraynaya ötürməyə icazə verə bilər.

 

Oxu24.com xəbər verir  ki, bu barədə  The New York Times açıqlama yayıb.

 

Pentaqondakı yüksək vəzifəli Politico mənbəsi bildirib ki, Vaşinqtonun öz təyyarələrini göndərməsi ehtimalı azdır. Böyük ehtimalla, Ukrayna Danimarka və ya Hollandiyadan F-16 qırıcıları alacaq, adını açıqlanmayan Avropa və Amerika rəsmiləri The New York Times-a bildiriblər.

Onların sözlərinə görə, xüsusən Hollandiyanın sərəncamında 40-a yaxın F-16 təyyarəsi var. Danimarka daha müasir F-35 qırıcılarına keçir və F-16-nı Ukraynaya təhvil verməyə hazır olduğunu bildirib.

“Bundan danışan başqa ölkələr də var. Onlar bir təkliflə çıxış edən kimi düşünürəm ki, biz danışıqlar aparacağıq "deyə ABŞ Müdafiə Nazirliyindəki Politico mənbəsi bildirib. O qeyd edib ki, Pentaqon təyyarələrin tədarükünə etiraz etmir, lakin “prioritet verməkdə davam edir”.

 

Tərcümə: Miri Məcidli