Qaynar xətt:

(+99450) 247 90 86

Asılmış qadın meyiti tapıldı

Asılmış qadın meyiti tapıldı

DÜNYA

397

01.02.2023, 23:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Asılmış qadın meyiti tapılıb.

Oxu24.com Haberler.com saytına  istinadən  xəbər  verir  ki, Antalyanın Qazipaşa rayonunda yaşlı qadın qonşusu tərəfindən yaşadığı binanın girişində boynundan kəndirlə asılmış vəziyyətdə ölü tapılıb.

 

 

68 yaşlı Ayşe Uysal bu gün saat 17.30 radələrində Qazipaşanın Ekmel məhəlləsində 2 mərtəbəli binanın girişində boynundan tavana iplə asılmış vəziyyətdə ölü tapılıb.

 

Hadisənin baş verdiyi binada Ayşe Uysalın ailəsi ilə birlikdə yaşadığı və hadisə zamanı binada heç kimin olmadığı qeyd  edilib.

İntihar şübhəsi üzərində dayanarkən, yaşlı qadının dəqiq ölüm səbəbi aparılan müayinə nəticəsində müəyyənləşəcək.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Tərcümə: Nigar