Qaynar xətt:

(+99450) 247 90 86

Yüz minlərlə fransız tətil edur

Yüz minlərlə fransız tətil edur

DÜNYA

314

31.01.2023, 18:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gündən etibarən yüz minlərlə fransalı tətilə başlayır.

 

Oxu24.com xarici mediaya istinadən xəbər  verir  ki, hakimiyyət orqanlarının pensiya yaşını iki il - 64 yaşa qədər qaldırmaq qərarına qarşı ölkədə milli tətil başlayır.


Nəqliyyat işçiləri, məktəb və universitetlərin müəllimləri, poçtalyonlar, Fransanın dağ-xizək kurortlarının işçiləri, həmçinin energetika sənayesinin nümayəndələri və rəsmilər piket keçirəcəklər.

 

 Ümumilikdə müxtəlif şəhərlərdə iki yüzdən çox etiraz aksiyası planlaşdırılıb.

 

Gecədən etibarən  mitinqlər  başlayıb. Hətta məktəblilər belə plakatlarla küçələrə çıxırlar. Gənclər pensiya yaşının uzadılmasının onları iş yerlərindən məhrum edəcəyinə inanırlar.

 

Tərcümə: Aynurə Məcidova