Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanda silah alverçisi yenidən saxlanılıb

Ermənistanda silah alverçisi yenidən saxlanılıb

DÜNYA

262

31.01.2023, 16:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanda iş adamı, silah alverçisi David Qalstyan saxlanılıb.

Oxu24.com  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

D.Qalstyanın vəkili Armen Andrikyan məlumatı təsdiqləyib.

Vəkil deyib ki, Qalstyanın həbsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Onun nədə ittiham olunduğu açıqlanmayıb.

Xatırladaq ki, Qalstyan son iki-üç il ərzində dəfələrlə həbs edilib. Hazırda o və keçmiş müdafiə naziri David Tonoyan silah-sursat təchizatında sui-istifadədə ittiham olunurlar. Onların hər ikisi 2021-ci ilin sentyabrında həbs edilib, lakin Qalstyan 2022-ci ilin martında zaminə buraxılıb.