Qaynar xətt:

(+99450) 247 90 86

Amerikalı müğənni vəfat etdi

Amerikalı müğənni vəfat etdi

DÜNYA

380

30.01.2023, 11:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Amerikalı müğənni Barrett Stronq yanvarın 29-da dünyasını dəyişib.
Oxu24.com xəbər verir ki, bu barədə “Motown Records” səsyazma kompaniyasının muzeyi tviterdə bildirib.
O, 81 yaşında vəfat edib. Qeyd edək ki, Stronq karyerasına 1959-cu ildə başlayıb. Həmin ilin sonunda “Money” mahnısını yazdırıb. Sözügedən mahnı bir müddət sonra rok klassikasına çevrilib. Onu “The Beatles” və “The Rolling Stones” kimi qruplar da ifa edib. 2011-ci ildə “Rolling Stone” jurnalı kompozisiyanı bütün dövrlərin ən yaxşı 500 mahnısı siyahısında 294-cü yerə layiq görüb.