Qaynar xətt:

(+99450) 247 90 86

Səfir: Qərb Ukraynaya 321 tank verəcəyini vəd edib

Səfir: Qərb Ukraynaya 321 tank verəcəyini vəd edib

DÜNYA

392

28.01.2023, 17:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qərb ölkələri Ukraynaya 321 tank təhvil verəcəklərini rəsmən təsdiqləyiblər.

Oxu24.com xəbər  verir  ki, bu barədə Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko BFM TV-yə müsahibəsində bildirib.

“Çatdırılma müddətinə gəlincə, onlar müxtəlif vaxtlarda olacaq. Bəzi ölkələr texniki xidmət göstərməlidir, bəziləri logistika məsələləri ilə məşğul olur, digərləri başqa modelləri gözləyir.

Bu köməyə ən qısa zamanda ehtiyacımız var. Bu addım  avqust və ya sentyabr aylarına qədər uzansaydı,bizim üçün  çox gec olardı”, -  deyə Omelçenko vurğulayıb.

 

Tərcümə: Nigar