Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81333
az

ÜST: “Ötən həftə COVID-19-dan 40 minə yaxın insan ölüb”

10:5828 Yanvar, 2023
169
  • A
“Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatına COVID-19 ilə əlaqəli təxminən 40 min ölüm halı barədə məlumat daxil olub”. Oxu24.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib. O, qeyd edib ki, ölüm hallarından yarıdan çoxu Çində qeydə alınıb. ÜST-ün COVID-19 ilə əlaqədar fövqəladə hallar komitəsinin iclasında çıxış edən baş direktor Çində məhdudiyyətlərin aradan qaldırılmasının ölüm hallarının artmasına səbəb olduğunu qeyd edib. Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qırıcıları "Hizbullah"ın qərargahına dəqiq zərbələr endirdi
ABŞ-dan Putinə şok ittiham: Trampı öyrədib ki...
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı