Qaynar xətt:

(+99450) 247 90 86

Fələstin başsağlığı verdi

Fələstin başsağlığı verdi

DÜNYA

319

27.01.2023, 16:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Fələstinin Azərbaycandakı səfirliyi ölkəmizin İrandakı səfirliyinə silahlı hücum və əməkdaşın ölümü ilə əlaqədar başsağlığı verib.
Oxu24.com xəbər verir ki, bu barədə səfirliyin feysbuk" səhifəsində məlumat verilib. “Azərbaycan Respublikası səfirliyinin əməkdaşı cənab Orxan Əsgərovun öldürülməsi xəbərini böyük kədər hissi ilə qarşıladıq. Həlak olanın ailəsinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindəki həmkarlarımıza dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzu edirik”, - paylaşımda qeyd edilib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.