Qaynar xətt:

(+99450) 247 90 86

İrandakı səfirimizdən terror hücumu ilə bağlı - Açıqlama

İrandakı səfirimizdən terror hücumu ilə bağlı - Açıqlama

DÜNYA

377

27.01.2023, 15:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
“Səfirliyimizə edilmiş silahlı hücüm nəticəsində dəyərli əməkdaşımız Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirildi, 2 əməkdaşımız yaralandı”.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə öz feysbuk hesabında yazıb. “Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşür, Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə öz adımdan və səfirliyimizin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm. Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!”, - deyə səfir qeyd edib.