Qaynar xətt:

(+99450) 247 90 86

Braziliyada yol qəzasında 12 nəfər ölüb

Braziliyada yol qəzasında 12 nəfər ölüb

DÜNYA

344

27.01.2023, 11:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Braziliyanın şimal-şərqində təcili tibbi yardım avtomobili ilə yük maşınının toqquşması nəticəsində 12 nəfər ölüb.

Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, qəza Tokantins ştatının Natividadi bələdiyyəsi yaxınlığında baş verib.

Polis ölənlər arasında yeddi qadın, dörd kişi və bir körpənin olduğunu açıqlayıb. Onların hamısı təcili tibbi yardım avtomobilində olublar.

Daha iki sərnişin isə axğır xəsarətlər alıb.

Bununla yanaşı yük maşınında olan iki sərnişin də yaralanıb.