Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya hipersəs nüvə raketi ilə ABŞ-a zərbə endirmək üçün məşq edib

Rusiya hipersəs nüvə raketi ilə ABŞ-a zərbə endirmək üçün məşq edib

DÜNYA

336

25.01.2023, 15:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Müdafiə Nazirliyi ABŞ sahillərinə çatmaq üçün Atlantik okeanında "Zirkon" hipersəs raketlərini yaxın məsafədən sınaqdan keçirib.


Oxu24.com Rusiya mediasına  istinadən  xəbər  verir ki, “Zirkon”un şərti elektron buraxılışı prezident Vladimir Putinin şəxsi “xeyir-duası” ilə yanvarın 4-də döyüş xidmətinə daxil olan “Admiral Qorşkov” freqatı tərəfindən həyata keçirilib.

Çinlə birgə təlimlər keçirmək üçün Cənubi Afrika sahillərinə yollanan admiral Qorşkov qəfildən kursunu dəyişərək Atlantik okeanının qərb hissəsinə doğru hərəkət edib.

Bir gün əvvəl gəmi Amerika sahillərindən 2,2 min kilometr aralıda olub. Bu, Zirkonun 2000 km olaraq qiymətləndirilən maksimum məsafəsindən cəmi 200 km azdır.

Raketin elektron buraxılışı "900 km-dən çox" məsafədə həyata keçirilib və onun bütün xüsusiyyətləri "təsdiqlənib", Müdafiə Nazirliyi bildirib. Departament əlavə edib ki, dəniz hədəfi saxta düşmənin gəmisini “imitasiya edib”.

“The Barents Observer” daha əvvəl yazmışdı ki, adi döyüş başlıqlarından başqa, “zirkonlar” nüvə başlığı ilə də təchiz oluna bilər. Raketlər ötən ilin fevralında baş tutan Thunder-2022 nüvə triadası təliminə cəlb edilib.

“Admiral Qorşkov” həm dənizdə, həm də quruda istənilən obyektlərə “zirkonlarla” zərbə endirə bilər, “İnterfaks” Müdafiə Nazirliyinin bəyanatına istinadən xəbər yayıb.

Eyni zamanda, Rusiya məlumatlarına görə, səs sürətindən 8 dəfə yüksək olan raketlərin sürəti "istənilən müasir və perspektivli hava hücumundan müdafiə sistemlərini zəmanətli şəkildə aradan qaldırmağa" imkan verir, hərbçilər bildirir.

 

Tərcümə: Nigar