Qaynar xətt:

(+99450) 247 90 86

Bloomberg: ABŞ Ukraynaya 31 Abrams tankı tədarük edəcək

Bloomberg: ABŞ Ukraynaya 31 Abrams tankı tədarük edəcək

DÜNYA

251

25.01.2023, 15:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya 400 milyon dollar dəyərində 31 Abrams tankı verməyə hazırdır.

Oxu24.com  xəbər  verir  ki,  bu  barədə  Bloomber-in  müxbiri Cennifer Jacobs bildirib.

O, qərarın digər təfərrüatlarını açıqlamayıb.

Bundan əvvəl ABŞ rəsmiləri Ukrayna Silahlı Qüvvələrinə Abrams tankları verməyə hələ hazır olmadıqlarını bildirmişdilər.

Bununla belə, çərşənbə axşamı bir neçə Qərb mediası məlumatlı mənbələrə istinadən  xəbər yayıb ki, Ağ Ev bu siyasəti dəyişməyə və Amerika tanklarının Ukraynaya çatdırılmasına başlamağa hazırdır.

 

Jurnalistlər tədarükün yaxın vaxtlarda rəsmi olaraq elan ediləcəyini gözləyirlər.

 

Tərcümə: Nigar