Nikol Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır
09 Oktyabr 2026, 10:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
418
25.01.2023, 18:58
Əgər NATO ilə Rusiya arasında müharibə başlasa, tapşırıqları yerinə yetirmək üçün peşəkar ordu kifayət etməyəcək.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, bunu Çexiya ordusunun Baş Qərargah rəisi general-mayor Karel Şeqka "ČTK" xəbər agentliyinə müsahibəsində bildirib.
O, bildirib ki, Çexiya ən azı qismən səfərbərlik həyata keçirməlidir.
“Rusiya ilə müharibə olacağı təqdirdə bütün cəmiyyət qoşulmalı, ən azı qismən səfərbər edilməli olacaq, istər insanlar, istərsə də maddi resurslar”, - deyə o deyib.
Baş Qərargah rəisinin sözlərinə görə, Çexiya Rusiya üçün qanuni hədəfə çevrilə bilər, çünki müttəfiq qüvvələr onun ərazilərindən keçəcək.
"Çexiya Rusiyanın Ukrayna ilə müharibəsindən dərs götürməli və ölkənin müdafiəsinə təkcə ordunu deyil, bütün cəmiyyətləri cəlb etməlidir,"- deyə Rzeqka bildirib.
Onun fikrincə, ukraynalılar müharibənin əvvəlində özlərini Rusiyadan müdafiə edə bildilər, çünki hazır idilər, bir cəmiyyət olaraq birləşdilər və onlar üçün nəyin bahasına olursa-olsun dəyərləri müdafiə etməyə hazırdılar. “Bizim üçün nəsə etmək üçün başqasına güvənməyək. Biz hər şeydən əvvəl qətiyyətli və hazır olmalıyıq”,- deyə o bildirib.
Řegka Rusiyanı Çexiyanın potensial rəqibi də adlandırıb. “Əgər yaxın gələcəkdə bəzi terror qrupları istisna olmaqla, böyük bir müharibədə hər kəslə potensial olaraq müharibə vəziyyətində olsaq, bu, Rusiya olacaq” - deyə çex general bildirib.
Baş Qərargah rəisi Rusiyanın Çexiyaya qarşı düşmənçilik hərəkətlərini xatırladıb. 2014-cü ilin oktyabrında Çexiyanın Vrbetice kəndində güclü partlayış baş vermiş, 50 tondan çox sursat məhv olmuşdu. İki Çexiya vətəndaşı həlak olub. Çexiya hücumda Rusiya kəşfiyyat xidmətlərini ittiham edib.
“Rusiyaçoxlu düşmənçilik edir, bizi düşmən adlandırır, bizə qarşı düşmənçilik ritorikasından istifadə edir və getdikcə aqressivləşir”, - deyə Şeqka müsahibəsində əlavə edib. O vurğulayıb ki, Rusiya Ukraynada uğur qazansa, bununla da dayanmayacaq.
Tərcümə: Miri Məcidli
11:06 / 09 Oktyabr 2026
9
11:05 / 09 Oktyabr 2026
11
11:01 / 09 Oktyabr 2026
23
11:00 / 09 Oktyabr 2026
25
10:50 / 09 Oktyabr 2026
30
10:48 / 09 Oktyabr 2026
40
10:45 / 09 Oktyabr 2026
36
10:42 / 09 Oktyabr 2026
56
10:38 / 09 Oktyabr 2026
40
10:35 / 09 Oktyabr 2026
80
10:30 / 09 Oktyabr 2026
517
10:27 / 09 Oktyabr 2026
46
10:24 / 09 Oktyabr 2026
85
10:22 / 09 Oktyabr 2026
41
10:20 / 09 Oktyabr 2026
58
10:09 / 09 Oktyabr 2026
47
09:55 / 09 Oktyabr 2026
48
09:18 / 09 Oktyabr 2026
75
09:17 / 09 Oktyabr 2026
74
09:14 / 09 Oktyabr 2026
64
09:13 / 09 Oktyabr 2026
79
09:12 / 09 Oktyabr 2026
70
08:29 / 09 Oktyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.