Qaynar xətt:

(+99450) 247 90 86

Moldova hərbi təlimlər keçirəcək

Moldova hərbi təlimlər keçirəcək

DÜNYA

292

23.01.2023, 19:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yanvarın 24-dən fevralın 4-dək Moldovada Milli Ordunun bütün poliqonlarında 400-dən çox əsgərin iştirak edəcəyi taktiki təlimlər keçiriləcək.

Oxu24.com xəbər  verir ki,  bu  barədə   yanvarın 23-də Müdafiə Nazirliyi məlumat yayıb.


Nazirlik bildirib ki,   planlaşdırılmış təlimlər Milli Ordunun hərbi texnikasından istifadə edilməklə keçiriləcək.

Ölkədəki hərbi qarnizonların bütün poliqonları təlimlər üçün istifadə olunur.

"Təlimlərin keçirilməsində məqsəd bütün hərbi qulluqçuların - həm çağırışçıların, həm də müqavilə əsasında xidmət göstərən hərbçilərin imkanlarının və praktiki bacarıqlarının qiymətləndirilməsidir", - idarədən qeyd edilib.

Nazirliyin ssenarisinə əsasən, hərbçilər kimyəvi hücum şəraitində hərbi texnikadan istifadə etməklə müxtəlif tapşırıqları yerinə yetirməli, ilkin tibbi yardım göstərməli və hərəkətləri məşq etməli olacaqlar.

Eyni zamanda, nazirlik Milli Ordunun 2023-cü il üçün hazırlıq planına uyğun olaraq təlimlər keçirdiklərini və onların regiondakı vəziyyət və Ukraynadakı müharibə ilə bağlı olmadığını vurğulayıb.

“Təlim zamanı hərbi texnikanın kolonnaları ölkənin mərkəzi, şimal və cənub rayonlarında poliqondan poliqona milli yollarla hərəkət edəcək. Bununla bağlı vətəndaşlardan xahiş edirik ki, təlimlər və hərbi texnikanın hərəkəti mövzusunda spekulyasiyalar aparmasınlar”, - Müdafiə Nazirliyi xəbərdarlıq edib.

 

Tərcümə: Nigar