Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Rumıniyada “ilk müdafiə xətti” hazırlayır

ABŞ Rumıniyada “ilk müdafiə xətti” hazırlayır

DÜNYA

659

23.01.2023, 22:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Müdafiə Nazirliyi bir neçə min əsgərini ən azı daha 9 ay Rumıniyada saxlayacaq. Bazada 101-ci hava-desant diviziyasının hərbçiləri yerləşəcək və missiyaya ABŞ ordusunun ikiulduzlu generalı rəhbərlik edəcək.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə The New York Times açıqlama yayıb.


“Rusiya daha da qərbə hücum edərsə, bu qüvvələr ilk müdafiə xətti olacaq.

Bu çaplı generalın döyüş bölgəsinə bu qədər yaxın yerə göndərilməsi qoşunların və silahların hara yerləşdiriləcəyi ilə bağlı tez qərar qəbul etməyə imkan verəcək.

 

Bundan əvvəl Rusiyanın Ukraynaya müdaxiləsindən sonra çevik reaksiya qüvvələrinin tərkibində Rumıniyaya göndərilən 82-ci Hava Desant Diviziyasının hərbçiləri bazada növbətçilik edirdi.

 

Məqalədə qeyd edilir ki, son vaxtlara qədər Pentaqonun Rumıniyadakı aviabazada yüksək səviyyəli bölməni tərk edib-etməyəcəyi bəlli deyildi.

 

Lakin 2022-ci ilin yayından bu yana 101-ci diviziyanın 4000-ə yaxın əsgəri burada yerləşdirilib.

 

Tərcümə:Nigar