Qaynar xətt:

(+99450) 247 90 86

Estoniya Finlandiya körfəzini Rusiya üçün bağlamağı planlaşdırır

Estoniya Finlandiya körfəzini Rusiya üçün bağlamağı planlaşdırır

DÜNYA

464

23.01.2023, 22:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Estoniya hökuməti Finlandiya körfəzində Rusiya gəmiçiliyinə mane olacaq sahilboyu “bitişik zona” tətbiq etmək niyyətindədir.


Oxu24.com xarici mediaya istinadən  xəbər  verir  ki, təklif ölkənin Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülüb və Nazirlər Kabinetinin yanvarın 12-də keçirilən iclasında bir ay müddətində onun işlənib hazırlanması tapşırılıb.

 

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib ki, "bitişik zona"nın tətbiqi Estoniyanın ərazi dənizinin əsas xəttinin 24 dəniz mili məsafəsində Estoniya qanunvericiliyinə uyğunluğu yoxlamağa imkan verir.

 

Onun sözlərinə görə, dövlətin “bitişik zonada” hüququ gömrük və vergi məsələləri ilə yanaşı, sanitar və immiqrasiya qaydalarına da şamil edilir.

 

Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq bürosunun direktoru Kristi Land bildirib ki, “bitişik zona” Estoniyanın nəzarətində olan əlavə dəniz zonasına çevriləcək.

 

Tərcümə: Nigar