Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynada saxta təhlükəsizlik xidməti əməkdaşları tutulub

Ukraynada saxta təhlükəsizlik xidməti əməkdaşları tutulub

DÜNYA

370

23.01.2023, 21:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Təhlükəsizlik Xidməti özlərini SBU zabiti kimi təqdim edən və xaricilərə Ukrayna pasportunun alınmasında “köməklik” təklif edən cinayətkarları saxlayıb.

Oxu24.com Ukrayna mediasına istinadən xəbər  verir  ki, bunun üçün onlar müştərilərinə söz veriblər ki, guya hüquq-mühafizə orqanlarındakı öz əlaqələrindən istifadə edəcəklər.  “Xidmətlərin” dəyəri 10 min dollar olub.

SBU əməkdaşları Ukraynada yaşamaq icazəsi olan rusiyalı qadına Ukrayna vətəndaşlığının “qeydiyyatı” üçün “pasport”un pulunun birinci hissəsini ona saxta xidməti vəsiqə təqdim edərək köçürərkən saxlayıblar.

Məlumata görə saxlanılan 2 nəfərdir.Onlardan biri polisə hücum etdiyinə görə mühakimə olunub.

 

Tərcümə: Miri Məcidli