Qaynar xətt:

(+99450) 247 90 86

İsrail ABŞ-ı İrana təzyiqi artırmağa çağırıb

İsrail ABŞ-ı İrana təzyiqi artırmağa çağırıb

DÜNYA

284

19.01.2023, 21:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrailin xarici işlər naziri Eli Koen İsraildə rəsmi səfərdə olan ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla danışıqlar aparıb.

 

Oxu24.com xarici mediaya istinadən  xəbər  verir  ki, İsrailin xarici işlər naziri ABŞ-ı İrana təzyiqi artırmağa çağırıb.

 

"ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan ilə çox mühüm görüş oldu. Mən ABŞ-ın İrana təzyiqinin artırılmasının vacibliyini vurğuladım ki, bu da regionda yeni irəliləyişlərə, o cümlədən İbrahim razılaşmalarına (İsrail arasında münasibətlərin normallaşdırılmasına dair saziş) əsaslanan əməkdaşlığın genişləndirilməsinə imkan verəcək.

 

Tərcümə: Nigar