Qaynar xətt:

(+99450) 247 90 86

Boris Conson Putinin nüvə silahından istifadə etməyəcəyini bildirib

Boris Conson Putinin nüvə silahından istifadə etməyəcəyini bildirib

DÜNYA

330

19.01.2023, 14:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı hədələrindən qorxmamağa çağırıb.

Oxu24.com xarici mediaya istinadən xəbər  verir  ki,Conson Davosda Viktor Pinçuk Fondunun təşkil etdiyi “Ukrayna səhər yeməyi”ndə bu haqda danışıb.

“O, nüvə silahından istifadə etməyəcək, bunu heç vaxt etməyəcək, amma bizim belə düşünməyimizi istəyir. O, indi iqtisadi iflicdədir”.

Keçmiş baş nazirin sözlərinə görə, hindlilər və çinlilər nüvə silahından istifadə etsələr, Putindən üz döndərəcəklər, ona görə də bu barədə düşünməkdən əl çəkmək lazımdır.


“Diqqəti Putinə yox, Ukraynaya yönəldin. Biz Ukraynanı dəstəkləməliyik, ona qalib gəlməsi üçün lazımi silahı verməliyik... Himars çox təsirli silah  oldu, onlara tanklar verin”, -  deyə Conson vurğulayıb.

Böyük Britaniyanın keçmiş baş nazirinin sözlərini ABŞ-ın demokrat senatoru Kris Kuns da dəstəkləyib.

“Ekskalasiya riski bizi narahat etməməlidir, biz qırmızı xətləri necə dəyişdirəcəyimizi düşünməliyik, onları necə keçməmək barədə düşünməliyik”.

 

Tərcümə: Miri Məcidli