Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Ukraynaya silah verənləri hədələdi

Rusiya Ukraynaya silah verənləri hədələdi

DÜNYA

311

19.01.2023, 14:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Federasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya silah verilməsi münaqişəni yeni səviyyəyə qaldıra bilər, hətta bu barədə müzakirələr də son dərəcə təhlükəlidir.

Oxu24.com Rusiya mətbuatına istinadən xəbər  verir  ki, Peskovun sözlərinə görə,  münaqişənin yeni keyfiyyət müstəvisinə çıxarılması  qlobal və ümumavropa təhlükəsizliyi baxımından yaxşı heç nə vəd etməyəcək.

“Özlüyündə Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verəcək silahların verilməsinə icazə verilməsinin müzakirəsi potensial olaraq son dərəcə təhlükəlidir. Ukraynanın artıq  yeni silahları var. Onun köməyi ilə Rusiya ərazisinə hər gün davamlı zərbələr endirir, mən yeni bölgələrimizi nəzərdə tuturam”, -  deyə Peskov bildirib.


O əlavə edib ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun bu cür xəbərlərə reaksiyası Rusiyanın bu məsələdə mövqeyini əks etdirir.

Bundan əvvəl Antonov bildirib ki, Rusiya Silahlı Qüvvələri amerikalıların və onların müttəfiqlərinin Ukraynaya tədarük edəcəyi istənilən silahı məhv etməyə hazırdır.

Tərcümə: Nigar