Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edilib

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edilib

DÜNYA

373

18.01.2023, 19:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Nazirlər Kabineti İqor Klimenkonu daxili işlər nazirinin səlahiyyətlərini icra edən təyin edib.

 

Oxu24.com  xəbər  verir  ki,  bu  haqda  "Hökumət İqor Klimenkonu daxili işlər nazirinin müavini - Ukrayna Milli Polisinin rəhbəri təyin edib. Və ona daxili işlər nazirinin vəzifələrini həvalə edib", -  deyə  baş nazir Denis Şmıqal öz Telegram kanalında yazıb.



Baş nazirin sözlərinə görə, parlamentlə müzakirələrdən sonra yeni idarə rəisinin təyinatı ilə bağlı təklif olacaq.

"Daxili İşlər Nazirliyi ölkəmizin təhlükəsizliyinin əsas halqalarından biridir, ona görə də bütün proseslərin idarə oluna bilməsi üçün lazımi protokollar mövcuddur", - deyə   Şmiqal yekunlaşdırıb.

 

Tərcümə: Nigar