Qaynar xətt:

(+99450) 247 90 86

Latviya Ukraynaya hərbi yardım göstərəcək

Latviya Ukraynaya hərbi yardım göstərəcək

DÜNYA

375

18.01.2023, 19:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Latviya Ukraynaya Stinger zenit-raket kompleksləri, helikopterlər, döyüş sursatları olan pulemyotlar, pilotsuz uçuş aparatları (PUA) tədarükü ilə bağlı hərbi yardım göstərəcək.

Oxu24.com  xəbər  verir  ki,  bu  barədə  LETA agentliyi müdafiə naziri İnara Murniyesə istinadən məlumat yayıb.

 

Onun sözlərinə görə, Kiyev bu yardımı yaxın vaxtlarda alacaq.

 

Bundan əlavə, nazir qeyd edib ki, bu il Latviya müxtəlif səviyyələrdə Ukrayna hərbçilərinin təlimini davam etdirəcək.

“Kursların intensivliyinin artırılması və 2022-ci ilə nisbətən azı iki dəfə çox ukraynalının hazırlanması planlaşdırılır”, - deyə Murniece bildirib.

Latviyanın Ukraynaya göstərdiyi dəstək pul ifadəsində 314 milyon avrodan çox və ya ölkənin ÜDM-nin 0,93%-ni təşkil edir. Bu məbləğin təxminən 300 milyon avrosu hərbi təchizat üçün nəzərdə tutulub.

 

Tərcümə: Miri  Məcidli