Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynada helikopter qəzasında 14 nəfər ölüb, 25-i yaralanıb - RƏSMİ

Ukraynada helikopter qəzasında 14 nəfər ölüb, 25-i yaralanıb - RƏSMİ

DÜNYA

329

18.01.2023, 18:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzasının baş verdiyi ərazidə xilasetmə işləri başa çatıb, 14 meyit tapılıb. 

Oxu24.com xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. 

Bildirilib ki, ölənlərdən biri uşaqdır. 

Bundan başqa, Dövlət Xidməti məlumat verib ki, qəza nəticəsində 11 uşaq daxil olmaqla 25 nəfər yaralanıb. 

Xatırladaq ki, Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində uşaq bağçasının yaxınlığında partlayış, daha sonra isə güclü yanğın baş verib.

Qeyd edək ki, həlak olanlar arasında Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də var.