Qaynar xətt:

(+99450) 247 90 86

Nazirin öldüyü helikopter qəzası ilə bağlı AÇIQLAMA

Nazirin öldüyü helikopter qəzası ilə bağlı AÇIQLAMA

DÜNYA

376

18.01.2023, 15:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Denis Monastırskinin öldüyü Kiyev vilayətinin Brovarı şəhərində vertolyotun xilasedicilərin üzərinə düşməsinə səbəb ola biləcək səbəbləri açıqlayıb.

Oxu24.com Ukrayna mətbuatına istinadən xəbər  verir  ki, mütəxəssislər qəzanın üç versiyasını nəzərdən keçirirlər: uçuş qaydalarının pozulması, helikopterin texniki nasazlığı və təyyarənin məhv edilməsi üçün qəsdən edilən hərəkətlər.

"SBU əməkdaşları faciənin bütün səbəb-nəticə əlaqələrini və təfərrüatlarını müəyyən etmək üçün bir sıra istintaq-əməliyyat tədbirləri həyata keçirirlər", - deyə Ukrayna Təhlükəsizlik Xidməti öz Telegram kanalında bildirib.

2023-cü il yanvarın 18-də səhər saatlarında Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri uşaq bağçasının yaxınlığında qəzaya uğrayıb, qəza yerində yanğın başlayıb. Üçü uşaq olmaqla 18 nəfərin öldüyü açıqlanıb.

Helikopterin göyərtəsində daxili işlər naziri Denis Monastırski və onun müavini Yevgeni Yenin olub. Onların hər ikisi ölüb. Vladimir Zelenski SBU və polisə helikopterin qəzaya uğraması ilə bağlı bütün şəraiti öyrənməyi tapşırıb.

 

Tərcümə: Miri Məcidli