Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-da hərbi  təyyarə qəzaya uğrayıb

ABŞ-da hərbi  təyyarə qəzaya uğrayıb

DÜNYA

274

18.01.2023, 11:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus T-6B Texan II təlim təyyarəsi ABŞ-ın Alabama ştatında qəzaya uğrayıb.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə  dəniz komandanlığının bəyanatında deyilir.

 

Təyyarə Floridadakı ABŞ Hərbi Dəniz Qüvvələrinin Uaytinq sahəsindən havaya qalxıb.

O, Alabama ştatının Qeytsvud bölgəsində qəzaya uğrayıb.

ABŞ Hərbi Dəniz Qüvvələri komandanlığının məlumatına görə, təyyarədə olan hər iki pilot sağ-salamat havaya qalxıb. Onların xəsarət alıb-almaması barədə məlumat verilmir.

Hazırda ekspertlər təlim təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırır. Onların təyyarənin texniki nasazlığı ilə bağlı olması mümkündür.

Məlumdur ki, T-6B Texan II iki yerlik təlim təyyarəsidir. O, 1100 at gücünə malik turbovintli mühərriklə təchiz edilib. Təyyarənin sürəti 500 km/saata qədərdir.

Bu tip təyyarələr ABŞ Hərbi Dəniz Qüvvələrinin və ABŞ Dəniz Piyadaları Korpusunun dəniz aviasiyasının hərbi pilotlarının ilkin hazırlığı üçün istifadə olunur. Hazırda ABŞ hərbi-dəniz aviasiyası bu tipli 245 təlim təyyarəsini idarə edir.

 

Tərcümə: Nigar