Qaynar xətt:

(+99450) 247 90 86

Hindistan əhali sayına görə Çini keçəcək  - PROQNOZ

Hindistan əhali sayına görə Çini keçəcək  - PROQNOZ

DÜNYA

351

18.01.2023, 11:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hindistan cari il ərzində əhalinin sayına görə Çini keçə bilər.

Oxu24.com xəbər  verir  ki, bu barədə World Population Review statistik təşkilatının araşdırmasında deyilir.

Təşkilatın portalında təqdim olunan real vaxt məlumatlarına əsasən, hazırda Hindistan əhalisinin sayı 1 milyard 422 milyon 706 min 266 nəfər, Çində isə 1 milyard 425 milyon 831 min 275 nəfərdir.

Bununla belə, araşdırmada qeyd olunduğu kimi, “əhali artımı baxımından Hindistan 2023-cü ildə dünyanın ən sıx məskunlaşdığı ölkə kimi Çini keçəcək”.

Tədqiqatın müəllifləri belə qənaətə gəliblər ki, 2023-cü ildə “Çin əhalisinin illik artım tempi mənfi 0,1%-dən mənfi 0,3%-ə, Hindistanda əhalinin artım tempi isə plus 0,69%-dən plus 0,92%-ə qədər olacaq. .”


Tədqiqat həmçinin Hindistan əhalisinin ən azı 2050-ci ilə qədər artmağa davam edəcəyini qeyd edir. Proqnozlara görə, bu vaxta qədər ölkədə 1 milyard 670 milyon 490 min insan yaşayacaq.

Bundan əlavə, Çin əhalisinin 2060-cı ilə qədər 1,2 milyarda qədər azalacağı, Hindistan əhalisinin isə həmin vaxta qədər demək olar ki, 1,7 milyarda yüksələcəyi proqnozlaşdırılır.

 

Tərcümə: Miri Məcidli