Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ İsraildə saxladığı mərmiləri Ukraynaya təhvil verib

ABŞ İsraildə saxladığı mərmiləri Ukraynaya təhvil verib

DÜNYA

396

18.01.2023, 10:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pentaqon Ukraynaya İsrail ordusunun anbarlarında yerləşdirilmiş 155 millimetrlik mərmilər göndərir.

 

Oxu24.com  xəbər  verir ki, bu barədə Amerika və İsrail rəsmilərinə istinadən “The New York Times” məlumat yayıb.

 

Nəşrin məlumatına görə, ABŞ Ukraynaya silahları hələ 1970-ci illərdə ərəb-İsrail münaqişəsindən sonra yaradılmış Amerika anbarlarından verib.

Qəzet yazır ki, 2022-ci ildə ABŞ və İsrail Ukraynaya 300 000 155 kalibrli mərmi tədarükü haqqında saziş imzalayıb.

Qəzetin yazdığına görə, mərmilərin təxminən yarısı artıq Avropaya göndərilib. Məlumata görə, İsrailin də fövqəladə hallarda bu anbardan artilleriya mərmilərindən istifadə etmək hüququ var. Nəşr yazır ki, İsrail rəsmiləri “bu addımın Rusiya ilə qarşıdurmaya səbəb olacağından qorxurlar”.

ABŞ, həmçinin Cənubi Koreyada saxlanılan oxşar anbardan raundlar köçürür.

 

Tərcümə: Miri Məcidli