Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna qoşunlarının ali baş komandanı ABŞ Baş Qərargahının rəhbəri ilə görüşüb

Ukrayna qoşunlarının ali baş komandanı ABŞ Baş Qərargahının rəhbəri ilə görüşüb

DÜNYA

272

17.01.2023, 23:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

  ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Valeriy Zalujnı arasında ilk şəxsi görüş keçirilib.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə  Ukrayna mediası məlumat yayıb.

 

Görüş Polşada baş tutub.


“General Milliyə sarsılmaz dəstəyə və köməyə görə təşəkkür edirəm. Mən Ukrayna Silahlı Qüvvələrinin təxirəsalınmaz ehtiyaclarını qeyd etdim, onlardan gələn dəstək  bizim qələbəmizi sürətləndirəcək”, -  deyə  Zalujnı görüşdən sonra yazıb.

 

General Milli bir gün əvvəl Almaniyada ABŞ hərbçilərinin Ukrayna əsgərlərinə təlim keçdiyi düşərgəyə baş çəkib.

 

Yanvarın 20-də Almaniyanın Ramşteyn şəhərindəki Amerika bazasında Ukraynanın müttəfiqlərinin növbəti görüşü keçiriləcək və onlar ukraynalılara gələcək hərbi yardım planlarını müzakirə edəcəklər.

 

Tərcümə: Nigar