Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə Macarıstana MLRS təklif etdi

Türkiyə Macarıstana MLRS təklif etdi

DÜNYA

283

16.01.2023, 13:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Macarıstanla Amerikanın HIMARS-a alternativ olaraq çoxsaylı buraxılış raket sistemlərinin (MLRS) tədarükü məsələsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Oxu24.com xarici mediaya  istinadən  xəbər  verir  ki, bu mövzu ölkələrin iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyasının iclasında qaldırılıb. Tədbirdə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Szijarto iştirak edib.

“Macarıstanın HIMARS almaq üçün addım atıb-atmayacağını bilmirəm. Türkiyədə biz alternativ sistemlər istehsal edirik. Ehtiyac olarsa, bu kontekstdə lazımi dəstəyi göstərməyə hazırıq”, - deyə türkiyəli nazir bildirib.

Szijarto cavab olaraq bildirib ki, Macarıstan ordusu üçün silah alınmasını müzakirə edərkən ilk növbədə NATO müttəfiqlərinə müraciət edir, onların arasında Türkiyə də var.

Görüşdə  digər detallar açıqlanmayıb.

 

Tərcümə: Miri Məcidli