Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə NATO-nun genişlənməsini dəstəkləyir

Türkiyə NATO-nun genişlənməsini dəstəkləyir

DÜNYA

251

16.01.2023, 18:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə NATO-da açıq qapı siyasətini tam dəstəkləyir.

Oxu24.com xəbər  verir  ki, bunu Türkiyənin Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar deyib, 

Nazir Finlandiya və İsveçi alyansa qoşulmaq üçün daha çox iş görməyə çağırıb və qeyd edib ki, NATO-ya üzvlük onların qonşuluqlarının sabitliyi üçün həyati əhəmiyyət kəsb edir.

O, həmçinin əlavə edib ki, ittifaqı Türkiyəsiz təsəvvür etmək mümkün deyil.

“Biz sınaqdan keçmiş xalqıq, heç vaxt ittifaqlarımıza zidd hərəkət etməyəcək sınanmış orduyuq. Narahatlığa əsas yoxdur”, - deyə Akar  bildirib.

O vurğulayıb ki, NATO üzvlüyünə namizədlər Ankaranın təhlükəsizlik maraqlarına hörmət etməlidir.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç və Finlandiya Türkiyə tərəfinin terrorçu hesab etdiyi 130-a yaxın kürdü Ankaraya verməkdən imtina edib.

O xatırladıb ki, bir sıra şəxslərin ekstradisiyası bu dövlətlərin Şimali Atlantika Alyansına daxil olmasının təsdiqlənməsi üçün şərtdir.

 

Tərcümə: Miri Məcidli