Qaynar xətt:

(+99450) 247 90 86

Mercedes EQ alt brendi altında elektromobil istehsalını dayandıracaq

Mercedes EQ alt brendi altında elektromobil istehsalını dayandıracaq

DÜNYA

431

16.01.2023, 16:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gələcəkdə alman avtomobil istehsalçısının bütün kataloqunun elektromobillərinə keçmək nəzərdə tutulduğundan, bu avtomobillər üçün yaradılmış ayrıca markanın saxlanması mənasızdır.

Oxu24.com xəbər  verir  ki,Almaniyanın “Handelsblatt” nəşri brenddən Mercedes-in elektrik avtomobilləri istehsal edən EQ subbrendinə dəstəyin 2024-cü ilin sonunadək dayandırılacağına dair bəyanat yayıb.

Şirkət brendi 2016-cı ildə satışa çıxarıb və hazırda bu marka altında üç yolsuzluq avtomobili və iki sedan buraxıb.


2030-cu ilə qədər daxili yanma mühərriklərinin tamamilə dayandırılması planlaşdırılır.

Eyni zamanda, 2025-ci ildən bütün yeni avtomobil modelləri artıq yalnız elektrik enerjisi ilə işləyəcək, lakin daha beş il ərzində daxiliyanma mühərrikli köhnə modellər istehsal olunacaq.

Mercedes elektrikli avtomobillər üçün fərdi markaları mərhələli şəkildə ləğv etməyə qərar verən yeganə şirkət deyil. Daha əvvəl bu kimi qərarı   BMW, Volvo, Volkswagen  brednləri də vermişdi.

 

Tərcümə: Nigar