Qaynar xətt:

(+99450) 247 90 86

Belçikada Rusiyanın milyardlarla avro aktivləri bloklanıb

Belçikada Rusiyanın milyardlarla avro aktivləri bloklanıb

DÜNYA

248

16.01.2023, 16:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2022-ci ildə Belçikada Rusiyaya qarşı sanksiyalar çərçivəsində 50 milyard avroya yaxın Rusiya vəsaiti bloklanıb.

Oxu24.com  xəbər  verir   ki,  bu   barədə  “Exo” qəzeti məlumat yayıb.

 

Nəşr qeyd edir ki, krallığın səlahiyyətli orqanları Aİ-nin ticarət sanksiyalarının pozulmasına yol verilə bilən şübhəli ixrac və idxal konteynerlərinin ölkə limanları vasitəsilə daşınması faktları üzrə 30-a yaxın gömrük yoxlaması aparır.

Xüsusilə, söhbət hərbi istehsalda istifadə oluna bilən ehtiyat hissələri, elektron komponentlər, polad və kimya sənayesi məhsulları, lüks mallar, tibbi avadanlıq və kənd təsərrüfatı məhsullarından gedir.


Bundan əlavə, gömrük orqanları Rusiyadan polad, qızıl və neft məhsullarının göndərilməsi ilə bağlı bir sıra halları araşdırır.

Qəzet bildirir ki, keçən il Rusiyaya gedən 27 min konteyner Belçikada hərtərəfli yoxlama üçün bloklanıb. 500-ə qədər konteyner blokadada  qalıb.

 

Rusiyadan başqa, ölkənin gömrük orqanları Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstana çatdırılmalara xüsusi diqqət yetirir.

 

Tərcümə: Nigar