Qaynar xətt:

(+99450) 247 90 86

Belarus Rusiya ilə birgə hərbi təlimlərə başlayıb

Belarus Rusiya ilə birgə hərbi təlimlərə başlayıb

DÜNYA

422

15.01.2023, 19:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Belarusda regional qüvvələr qrupunun aviasiya komponentinə daxil olan Rusiya və Belarus Silahlı Qüvvələrinin bölmələrinin taktiki-uçuş təlimləri başlayıb,

 

Oxu24.com xəbər  verir  ki, bu barədə Belarusun  Müdafiə Nazirliyi məlumat yayıb.

 

Rusiya tərəfdən təlimlərdə aerokosmik qüvvələrin hərbi birləşmələri iştirak edir.


Başlanmış təlimlərin planı taktiki hücum desantının hazırlanmasını nəzərdə tutur.

 

“Hava kəşfiyyatının aparılması, dövlət sərhədi boyunca hava məkanının birgə patrul xidməti, qoşun qruplaşmalarına havadan dəstək, taktiki hava desant qoşunlarının enişi, yüklərin çatdırılması və yaralıların təxliyyəsi daxil olmaqla, geniş spektrli məsələlərin işlənməsi planlaşdırılır”, - deyə məlumatda bildirilir. 
 

Tərcümə: Miri Məcidli