Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski fərman imzaladı

Zelenski fərman imzaladı

DÜNYA

346

15.01.2023, 18:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 198 nəfərə qarşı sanksiya qərarının icrası ilə bağlı fərman imzalayıb.


Oxu24.com  Ukrayna mətbuatına istinadən  xəbər   verir  ki, siyahıya,  rejissor Andrey Konçalovski, teleaparıcı Ancelina Vovk, bir sıra rusiyalı hərbi müxbirlər və jurnalistlər, o cümlədən Semyon Pegov və Yuri Kotenok, teleaparıcılar Dmitri Quberniev, Ruslan Ostaşko, Yevgeni Rojkov, Boris Korçevnikov və Yekaterina Berezovskaya, Dmitri Puçkov, aktyorlar Yeqor Beroev və Evelina Bledans, müğənni Yuri Loza daxil edilib. 

Yeni siyahının əksəriyyətinə Rusiya vətəndaşları, eləcə də ukraynalılar - jurnalist və teleaparıcı Diana Pançenko, politoloq Vasil Vakarov, yazıçı Vladimir Serqienko, həmçinin belaruslu jurnalist Qriqori Azarenok və Belarusun STV telekanalının baş direktoru Aleksandr Osenko daxildir.

 

Tərcümə: Nigar