Qaynar xətt:

(+99450) 247 90 86

İran Rusiyadan yeni qırıcılar alır

İran Rusiyadan yeni qırıcılar alır

DÜNYA

260

15.01.2023, 17:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran yeni qırıcılar alıb

 

Oxu24.com  xarici  mediaya  istinadən  xəbər  verir   ki,İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Şəhriyar Heydəri yerli mətbuata bildirib ki, İran Rusiyadan Su-35 qırıcıları alıb və bu təyyarələrin yazda təhvil verilməsi gözlənilir.


Onun sözlərinə görə, İranın Rusiyadan sifariş etdiyi döyüş təyyarələri mart ayında  gətiriləcək.

Heydari deyib ki, İran Rusiyadan digər hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri, raket sistemləri və helikopterlər də sifariş edib və onların əksəriyyəti tezliklə alınacaq.

Rusiyaya məxsus Su-35 təyyarələrinin 2022-ci ilin dekabrında İrana çatdırılması planlaşdırıldığını İsrailin i24news telekanalı Qərb mənbələrinə istinadən yaymışdı.Telekanalın məlumatına görə, görünür, söhbət ABŞ-ın mane olduğu sövdələşmə çərçivəsində Rusiya tərəfinin Misir üçün istehsal etdiyi 24 ədəd Su-35 qırıcısının tədarükündən gedir.

 

Tərcümə: Miri Məcidli