Qaynar xətt:

(+99450) 247 90 86

Britaniya Ukraynaya tanklar göndərəcək

Britaniya Ukraynaya tanklar göndərəcək

DÜNYA

267

14.01.2023, 14:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Britaniya Ukraynaya hərbi dəstəyini davam etdirir.

Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya tank eskadronunun göndərilməsinə razılıq verib.

Oxu24.com xarici mediaya istinadən  xəbər   verir   ki, “The İndependent” yazır ki, yaxın vaxtlarda Şərqi Avropaya dörd “Challenger 2” tankı göndəriləcək, daha səkkiz tank isə tezliklə çatdırılacaq.


Sunak şənbə günü Ukrayna prezidenti Vladimir Zelenskiyə planı barədə rəsmi məlumat verəcək.

Bu həftənin əvvəlində Qərb rəsmiləri etiraf etmişdilər ki, Ukrayna döyüş gücü, o cümlədən tanklar və digər ağır zirehli texnikalar artırılmadan rus qoşunları tərəfindən işğal edilmiş ərazilərin böyük hissəsini geri ala bilməyəcək.

"Challenger 2"-nin tez bir zamanda çatdırılması Böyük Britaniyanı Ukraynaya əsas döyüş tankları göndərən ilk Qərb dövləti  olacaq.

Bundan əvvəl ABŞ hakimiyyəti Kiyevə 50 Bradley piyada döyüş maşını (IFV) verəcəyini vəd etmişdi. Vaşinqton həmçinin müasir “Stryker” zirehli transportyorlarının partiyasının Ukraynaya ötürülməsini də istisna etməyib.

Berlin yazın ortalarına qədər Ukrayna Silahlı Qüvvələrinə 40 ədəd Marder piyada döyüş maşını və əlavə “Patriot” zenit-raket kompleksləri akkumulyatoru təhvil verməyi planlaşdırır.

Həmçinin Almaniya rəhbərliyi gələn həftə Ukraynaya “Leopard” tanklarının göndərilməsi məsələsini həll edəcək.

Tərcümə: Miri Məcidli