Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80538
az

Boris Conson Ukraynaya səfər etməyi planlaşdırır

10:2613 Yanvar, 2023
134
DÜNYA
  • A
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson yaxın vaxtlarda Kiyevə səfər etməyi planlaşdırır. Oxu24.com Britaniyanın “The Guardian” nəşrinə istinadən xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir. Ukrayna mənbələri də B.Consonun Kiyevə gələcəyi barədə məlumat yayıb. Amma rəsmi qurumlar hələ ki, səfərlə bağlı xəbərləri təsdiqləməyiblər. B.Conson Baş nazir işlədiyi dövrdə V.Zelenskini tam dəstəklədiyini bəyan edib və müttəfiqləri Kiyevə dəstək verməyə çağırıb. Qeyd edək ki, əgər səfər baş tutarsa, bu, B.Consonun Kiyevə dördüncü gəlişi olacaq. O, sonuncu dəfə ötən ilin avqust ayında Ukraynada olub. Xatırladaq ki, B.Conson 2019-cu il iyulun 24-dən 2022-ci il sentyabrın 6-dək Böyük Britaniyanın Baş naziri işləyib Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ şirkəti Terminatoru uğurla sınaqdan keçirib
Rusiya Xarici İşlər Nazirliyi ABŞ raketlərinin Almaniyada yerləşdirilməsinə cavabını açıqlayıb
Litva kaset bombaları haqqında Konvensiyanı ləğv etdi

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi