Qaynar xətt:

(+99450) 247 90 86

Surovikini kim və niyə kənarlaşdırdı? – ABŞ eksperti

Surovikini kim və niyə kənarlaşdırdı? – ABŞ eksperti

DÜNYA

500

12.01.2023, 22:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynadakı Rusiya qoşunlarının birləşmiş qrupunun komandanı olaraq Serqey Surovikin həddən artıq çox nüfuz qazandı və Şoyqu ilə Gerasimovun üzərindən keçərək Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışa bildi. Şübhəsiz ki, bu, Şoyqu və Gerasimovun xoşuna gəlmədi və onlar Surovikini sakitcə "kənarlaşdırmaq" qərarına gəldilər.

OXU24.COM axar.az-a istinadən bildirir ki, bu sensasion fikirləri amerikalı hərbi ekspert Rob Li bölüşüb.

Rob Li Prigojinin (rus oliqarxı, Putinin dostu, "Vaqner"in sahibi - red.) Surovikini təriflədiyini, ancaq Müdafiə Nazirliyinin yüksək rəhbərliyini tənqid etdiyini xatırladaraq, Kreml üçün uğurlu proseslərin bir çoxunun arxasında məhz Surokinin durduğunu qeyd edib:

"İndi Soledarın alınması və bu əməliyyat istiqamətində uğurun inkişafı dalğasında baş verən bütün bonuslar yeni komandirin adına yazılacaq", - deyə o qeyd edib.

Xatırladaq ki, ötən gün Rusiya ordusunun Baş Qərargah rəisi Gerasimov Ukraynadakı birləşmiş qoşunların komandanı təyin edilib, Surovikin isə onun müavini olub.