Qaynar xətt:

(+99450) 247 90 86

Baydenin xanımında xərçəng aşkarlandı

Baydenin xanımında xərçəng aşkarlandı

DÜNYA

341

12.01.2023, 21:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydendə dəri xərçəngi aşkar olunub.

 

“Associated Press” agentliyi xəbər verir ki, 71 yaşlı Cill Baydenin sağ gözündə və sinəsində bazal hüceyrəli karsinoma olduğu aşkar edilib. 

Məlumata görə, ABŞ-nin birinci xanımı artıq əməliyyat olunub. Əməliyyat isə Merilend ştatında Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzdə keçirilib. Cill Baydenin hazırda özünü yaxşı hiss etdiyi qeyd olunur. 

Bildirilir ki, Co Bayden 9 saat həyat yoldaşı ilə birlikdə xəstəxanada olub.