Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ və müttəfiqləri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ və müttəfiqləri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

DÜNYA

317

12.01.2023, 10:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ və müttəfiqləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini müzakirə edirlər.

Oxu24.com  xəbər verir ki, məlumatı “The Wall Street Journal” yayıb.

Bildirilib ki, yeni qadağalar Rusiyanın neft məhsullarının qiymətini məhdudlaşdırmağı nəzərdə tutur.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin rəsmiləri bu həftə Avropada məsələ ilə bağlı görüşlərə başlayıb. Sanksiyanın fevralın 5-dən qüvvəyə minəcəyi gözlənilir.

Jurnal qeyd edib ki, Rusiyanın neft məhsulları üçün iki qiymət həddinin müəyyənləşdirilməsi planlaşdırılır: biri yüksək qiymətli ixrac mallarına, xüsusən dizel yanacağına, digəri isə mazut kimi aşağı qiymətli mallara təsir edəcək.