Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan azərbaycanlı hərbçilərin Türkiyədə müalicəsindən danışdı

Ərdoğan azərbaycanlı hərbçilərin Türkiyədə müalicəsindən danışdı

DÜNYA

262

11.01.2023, 18:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Türkiyə Azərbaycan, Suriya və Liviyadan olan yaralı hərbçiləri ölkə xəstəxanalarında müalicə edərək geri göndərir.
 
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beynəlxalq Ombudsmanlıq Konfransında çıxışı zamanı deyib.
 
O qeyd edib ki, Türkiyə bu addımları atmağa davam edəcək.
 
"Türkiyə Qafqazda illərdir davam edən böhranın nəticəsi olaraq yaranan qeyri-stabilliyin aradan qaldırılmasını balanslaşdırılmış siyasəti ilə önəmli ölçüdə təmin edib. Azərbaycan, Suriya və Liviyadan yaralı hərbçiləri ölkə xəstəxanalarında müalicə edərək geri göndəririk. Biz bu addımları atmağa davam edəcəyik", - deyə R.T. Ərdoğan əlavə edib.