Qaynar xətt:

(+99450) 247 90 86

İsrail rəsmən bəyan etdi: İranın yolunu kəsəcəyik!

İsrail rəsmən bəyan etdi: İranın yolunu kəsəcəyik!

DÜNYA

240

10.01.2023, 15:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail İrandan Livana silah nəqli kanallarını kəsmək üçün tədbirlər görəcək və Suriyada İranın mövqelərinin güclənməsinə imkan verməyəcək.

 

Oxu24.com  xəbər  verir   ki, bunu İsrailin yeni müdafiə naziri Yoav Qalant Livan sərhədi yaxınlığında İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının qərargahına səfəri zamanı deyib.

 

"Müdafiə strukturları İranın Suriyada möhkəmlənməsinin qarşısını alacaq və İran silahlarının Livan və Hizbullaha ötürüldüyü kanalları kəsəcək.

Şimalda sakitlik mühüm hədəfdir, ona görə də biz sakitliyi qorumaqla yanaşı, güclü mövqe tutacağıq. İsrail vətəndaşlarına və İsrail Müdafiə Qüvvələrinin üzvlərinə hər hansı hücum cəhdinə qarşı tədbirlər görülməlidir”, - deyə  nazir bildirib.


Müdafiə Nazirliyinin rəhbəri baş nazir Benyamin Netanyahu ilə birlikdə İsrailin şimal sərhədinə gəlib və o bildirib ki, İsrail “İrandakı terror rejimini və onun Suriya və Livandakı metastazlarını” özünün əsas düşməni hesab edir.

 

Baş nazir vurğulayıb ki, ölkəsi Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcək və İran bazalarının Suriya ilə İsrail sərhədində yerləşdirilməsi cəhdlərinə qarşı çıxacaq.

 

Tərcümə: Miri Məcidli