Rusiya bu şəhərə bomba atdı: Xeyli sayda HƏLAK OLAN VAR
10 Oktyabr 2026, 15:23
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
276
10.01.2023, 20:38
Türkiyə Ukraynaya yeni silah-sursat satıb.
Oxu24.com xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı adı açıqlanmayan ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Türkiyə ötən ilin sonlarında Ukraynaya kasetli artilleriya sursatları göndərməyə başlayıb.
Nəşrin məlumatına görə, əvvəllər Kiyev ABŞ-dan belə təchizat almağa cəhd göstərib.
Nəşr yazır ki, Türkiyə Ukraynaya ABŞ-la razılaşmaya əsasən Soyuq Müharibə dövründə bu ölkədə istehsal edilmiş qabaqcıl şərti ikili təyinatlı sursatları (DPICM) göndərir. Bu mərmilər tankları məhv etmək üçün nəzərdə tutulub.
Kasset silahları 2010-cu ildə qəbul edilmiş beynəlxalq konvensiya ilə qadağan edilib, lakin Ukrayna, Türkiyə, ABŞ və Rusiya ona qoşulmayıb.
Jurnal öz mənbələrindən birinə istinadən yazır: “ABŞ-ın Ukraynaya kaset sursatlarının tədarükünü rədd etdikdən sonra Türkiyə onları əldə edə biləcək yeganə yer oldu”.
Türkiyənin Vaşinqtondakı səfirliyi və Ukrayna Müdafiə Nazirliyi “Foreign Policy”nin kaset sursatlarının tədarükü ilə bağlı xəbərinə cavab verməyib.
Nəşrin müəllifləri yazır ki, Ukraynaya Donbassın açıq məkanlarında Rusiya maneələrini aşmaq üçün digər silahlarla yanaşı, kaset sursatlar da lazımdır. Bundan əlavə, bu cür mərmilər gərgin döyüş şəraitində adi döyüş sursatlarının çatışmazlığını müəyyən dərəcədə kompensasiya edə bilər.
Amerikalı jurnalistlərin və insan haqları təşkilatlarının bildirdiyinə görə, Rusiya ordusu Ukraynaya hücumunda dəfələrlə kasetli sursatlardan istifadə edib və bu, mülki əhali də daxil olmaqla, xeyli itkilərə səbəb olub.
Tərcümə: Miri Məcidli
16:47 / 10 Oktyabr 2026
24
16:31 / 10 Oktyabr 2026
46
15:59 / 10 Oktyabr 2026
533
15:55 / 10 Oktyabr 2026
71
15:29 / 10 Oktyabr 2026
86
15:23 / 10 Oktyabr 2026
91
15:15 / 10 Oktyabr 2026
97
15:14 / 10 Oktyabr 2026
89
15:05 / 10 Oktyabr 2026
85
14:55 / 10 Oktyabr 2026
225
14:37 / 10 Oktyabr 2026
909
14:34 / 10 Oktyabr 2026
97
14:28 / 10 Oktyabr 2026
314
14:09 / 10 Oktyabr 2026
407
14:07 / 10 Oktyabr 2026
132
13:54 / 10 Oktyabr 2026
613
13:33 / 10 Oktyabr 2026
283
12:50 / 10 Oktyabr 2026
146
12:30 / 10 Oktyabr 2026
92
12:15 / 10 Oktyabr 2026
94
12:10 / 10 Oktyabr 2026
115
11:51 / 10 Oktyabr 2026
190
11:45 / 10 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.