Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan Kremlə meydan oxudu

Paşinyan Kremlə meydan oxudu

DÜNYA

287

10.01.2023, 21:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Rusiyanın Ermənistanda hərbi mövcudluğu İrəvanın təhlükəsizliyinə təhdid yaradır".

OXU24.COM  bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvanda, Hökumət Dəftərxanasının binasında keçirdiyi mətbuat konfransında belə deyib.
Ətraflı

"Son zamanlar qərbli həmkarları ilə təmaslar zamanı Azərbaycan özünün "aqressiv hərəkətlərini" Ermənistan və Rusiyanın Azərbaycana qarşı birgə təcavüzkar hərəkətlər hazırlamasından ehtiyat etməklə əsaslandırır və azərbaycanlılar qabaqlayıcı addımlar atırlar. Rusiyalı həmkarlarımızın diqqətini bu fakta cəlb edirik: Onların susqunluğu şəraitində belə çıxır ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu nəinki ölkəmizin təhlükəsizliyinə təminat verir, əksinə, Ermənistanın təhlükəsizliyinə real təhdidlər yaradır", - Paşinyan bildirib.