Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80404
az

Eyni anda korona və qripə yoluxurlar  - Həkimdən açıqlama

10:3810 Yanvar, 2023
105
  • A

Rusiyada insanlarda  qrip və koronavirusa eyni anda yoluxma hallarına rast gəlinib.

 

Oxu24.com “RİA Novosti”yə  istinadən  xəbər verir ki, Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya bildirib ki, Rusiyada qrip və koronavirusa eyni vaxtda yoluxma halları qeydə alınıb.

 

Onun sözlərinə görə, immun sistemi zəif olan insanlarda, xüsusən də yaşlılarda və uşaqlarda infeksiyaların kombinasiyası müəyyən edilib.

 

Pşeniçnaya görə, bu zaman xəstəlik daha ağır formada davam edir, aşağı tənəffüs yolları təsirlənir, viral pnevmoniya inkişaf edir.

 

İkiqat yoluxma hallarını müalicə etmək üçün həkimlər bir anda hər iki virus üçün nəzərdə tutulmuş kombinasiya terapiyasından istifadə edirlər.

İlk baxışda   bədəndə qrip və koronavirusun görünüşünün spesifik simptomları görünməsə də, yalnız testlər bunu ortaya qoyur.

Həkim bildirib  ki,  yeni yayılan  virusun  ilk əlamətləri  səsin boğulması  və dəyişməsi ilə  müşahidə olunur. B qripinin qalan simptomları əsasən digər tənəffüs yolları xəstəliklərinə bənzəyir. İltihabi proses nazofarenksdən başlayır, sonra hər şey bronxlara və ağciyərlərə enir.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Papa İstanbula gəlmək istəyir - Türkiyə hökumətindən icazə alınacaq
6 yaşlı qız yeganə qəribə genlə doğulub
Qara dənizdə bu ölkənin 3 pilotsuz kateri MƏHV EDİLDİ - VİDEO

6 yaşlı qız yeganə qəribə genlə doğulub

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Azərbaycanda 18 ildə 86 kişi, 1264 qadın nəfər insan alveri qurbanı olub