Qaynar xətt:

(+99450) 247 90 86

NATO tankları Ukraynaya verilə bilər

NATO tankları Ukraynaya verilə bilər

DÜNYA

294

09.01.2023, 18:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

NATO tankları Ukraynaya göndərilir.

 

Oxu24.com xarici  mediaya  istinadən  xəbər  verir   ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın “Leopard” və “Abrams” ağır tankları ilə təchiz edilməsini istisna etmir.

 

“Xeyr, mən bunu istisna etmirəm. Amma mən heç nə vəd edə bilmərəm”,  deyə baş  katib   “Svenska Dagbladet”ə müsahibəsində deyib.

 

Təşkilatın baş katibi qeyd edib ki, Ukraynada münaqişə uzun ola bilər və ukraynalılar üçün sülhə gedən yol silah tədarükünü artırmaqdır.


Stoltenberq həmçinin vurğulayıb ki, NATO Ukrayna ordusunu təsəvvür ediləndən daha çox silahla təmin edib və indi Ukrayna Silahlı Qüvvələri Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərini alacaq.

 

Bundan əvvəl ABŞ hakimiyyəti Ukraynaya 3 milyard dollardan çox məbləğdə yeni hərbi yardım paketinin ayrıldığını bəyan edib.Vaşinqton ABŞ-ın Ukraynaya özüyeriyən haubitsalar və “Bradley” izli piyada döyüş maşınları tədarük edəcəyini bildirib.

 

Tərcümə: Nigar