Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanda qızlar arasında kütləvi dava olub, saxlanılan var

Ermənistanda qızlar arasında kütləvi dava olub, saxlanılan var

DÜNYA

331

09.01.2023, 09:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ermənstanın paytaxtı İrəvanda pivəxanalardan birində 5 gənc qız dava edib, onlardan birinin üzərindən narkotik vasitə tapılıb.
Bu barədə Oxu24.com Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, onlar İrəvan sakinləridir, hadisə yerinə gələn post-patrul xidmətinin əməkdaşları 25 yaşlı 2 qızı, habelə 23 və 22 (eyni yaşda 2 nəfər) yaşlı qızları saxlayıb. Onlardan biri Roza Q. xuliqanlıqda şübhəli bilinərək Mərkəzi Polis İdarəsinə aparılıb. O, saxlanılma zamanı içində narkotik vasitəyə bənzər maddə olan plastik torbanı açıq şəkildə yerə atıb.
Davanın digər iştirakçısı 24 yaşlı Arevik S. xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.